Accessibility links

Tayvan rəsmən Çindən müstəqillik istəməyəcək


Tayvan prezidenti Ma Yinq ceu cümə günü bildirib ki, o, rəsmən Çindən müstəqillik üçün müraciət etməyəcək. Yeni il günü həmvətənlərinə müraciətlə çıxış edən Tayvan lideri bildirib ki, onun hökuməti Çinlə münasibətlərə gəldikdə qeyri-birləşmə, qeyri-müstəqillik, qeyri-zorakı qüvvə siyasətinin prinsiplərinə əməl etməkdə davam edəcək. Cənab Ma rəsmi Pekinlə güclü mədəni və ticari əlaqələrin qurulmasının mühümlüyünü vurğulayıb. İki ölkənin vahid mədəni irsinə işarə edən prezident əlavə edib ki, Tayvan körfəzindəki problemləri praqmatik yolla həll etmək olar.i
XS
SM
MD
LG