Accessibility links

Pakistanda bomba hücumu zamanı ölənlərin sayı 95-ə çatıb


Pakistanın şimal-qərbində idman kompleksində cümə günü voleybol oyunu zamanı baş vermiş hücumdan sonra ölənlərin sayı 95-ə çatıb.

Həlak olanların dəfn mərasimlərinə hazırlıqlar gedən zaman rəsmilər xəbərdarlıq edirlər ki, xilasetmə əməliyyatları davam etdikcə dağıntılar altında qalıb ölən insanların sayı arta bilər.

Polis bildirir ki, intiharçı maşınını Şimal-Qərb Sərhəd vilayətinin Lakki Marvat şəhərində izdihamla dolu meydana sürərək, qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərlə insan matça tamaşa edən zaman partlayıcılarla dolu maşınını partlamışdır.

Patlayış nəticəsində yaxınlıqdakı evlər uçmuç, qəbilə ağsaqqallarının görüşdüyü məscidə zərər dəymişdir.

Polisin bildirdyinə görə, intiharçının məqsədi ağsaqqalların görüşünü hədəf almaq ola bilərdi.

XS
SM
MD
LG