Accessibility links

Danimarkada karikaturaçını öldürməyə cəhd göstərən şəxsə qarşı ittihamlar irəli sürülüb


Danimarka rəsmiləri somalili şəxsə qarşı müsəlman dünyasını Məhəmməd Peyğəmbərin şəkillərini çəkməklə qəzəbləndirmiş karikaturaçını qətlə yetirmək cəhdilə əlaqədar ittihamlar irəli sürüldüyünü bildirirlər.

Polisin verdiyi məlumata görə, 28 yaşlı şübhəliyə qarşı rəssam və polisi öldürmək cəhdləri ilə bağlı ittihamlar bu gün dinləmələr zamanı irəli sürülüb.

Bıçaq və balta ilə silahlanmış şəxs rəssam Kurt Vesterqaardın ölkənin qərbində yerləşən Orhus şəhərindəki evinə daxil olmağa cəhd göstərib. Hadisə yerinə gəlmiş polis onun qolundan və dizində vurub.

Danimarkanın Təhlükəsizlik və Kəfiyyat Xidmətinin rəhbəri Yakob Şarf açıqladığı bəyanatda bildirib ki, şübhəlinin Somalinin əl-Şəbab terrorçu qrupu, habelə şərqi Afrikada Əl-Qaidə liderlərilə əlaqəsi var.

XS
SM
MD
LG