Accessibility links

Yəməndəki ABŞ və Britaniya səfirlikləri bağlandı


ABŞ və Britaniya Yəməndəki səfirliklərini terror təhlükəsi üzündən bağlayıblar. Amerikanın Sənadakı səfirliyi təhlükənin Ərəbistan yarımadasında yerləşən Əl Qaida qrupundan qaynaqlandığını xəbər verib. Bu şəbəkə Milad günü ABŞ istiqamətində uçan təyyarəni partlatmaq cəhdi ilə əlaqələnidirilir. Lakin səfirlikdə heç kim bağlantının spesifik hanıs təhlükə ilə bağlı olduğunu bildirməyib. Cümə axşamı səfirlik Yəməndəki ABŞ vətəndaşlarına xəbərdarlıq edərək onları davamlı terror və zorakılıq təhlükəsinə qarşı sayıqlıq göstərməyə çağırıb. Britaniya və ABŞ Yəməndə əks-terrorizm üzrə polis birqadasını maliyyələşdirməyi planlaşdırırlar. Bu ayın sonunda iki ölkə təhlkükəsizliklə bağlı beynəlxalq konfransa qatılacaq.
XS
SM
MD
LG