Accessibility links

ABŞ-a gələnlərin yoxlanması güclədirilir


ABŞ hökuməti terrorizm riski yüksək olan 14 dövlətdən ABŞ-a gələn insanların daha ciddi yoxlanmasına göstəriş verib. Yeni təhlükəsizlik tədbirləri keçən il dekabrın 25-i Birləşmiş Ştatlara gələn təyyarədə bomba hücumu cəhdindən sonraya təsadüf edir. Nəqliyyat Təhlükəsizliyi Administrasiyası dünən bildirib ki, terrorizmi dəstəkləyən dövlətlərdən və ya maraq dairəsində olan digər dövlətlərdən və ya həmin dövlətlər vasitəsilə ABŞ-a gələn hər bir kəsə yeni yoxlama qaydaları tətbiq olunacaq. Dövlət Departamentinin terrorizmi təsdəkləyən dovlətlər siyahısına Kuba, İran, Sudan və Suriya daxildir. ABŞ mətbuatı yazır ki, Əfqanıstan, Əlcəzair, İraq, Livan, Liviya, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Somali və Yəməndən olan sərnişinlər də ciddi yoxlama ilə üzləşəcəklər.
XS
SM
MD
LG