Accessibility links

ABŞ müttəfiqləri ilə İrana qarşı yeni sanksiyalar barədə danışıqlara başlayıb


ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, İran müxalifət fəallarına qarşı amansız repressiya vasitələrini artırdığını nümayiş etdirir. Klintonun sözlərinə görə, İranda müxalifət nümayişlərinin zorakı şəkildə dağıdılması və tanınmış islahatçıların həbsi dərin narahatlıq doğurur. Xanım Klinton bunları Vaşinqtonda mətbuat konfransı zamanı deyib. Bununla yanaşı ABŞ Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı mübahisəli nüvə proqramı ilə əlaqədar yeni sanksiyalar tətbiq etmək üçün müttəfiqlərlə danışıqlara başlayıb. Dövlət katibinin sözlərinə görə, sanksiyaların məqsədi sadə insanlar ziyan görmədən İran hökumətinə və İnqilabi Mühafizə Korpusuna təzyiq göstərməkdir.

XS
SM
MD
LG