Türkmənistanla İran arasında türkmən qazını qonşu İslam dövlətinə iki dəfə çox nəql edəcək boru kəməri açıldı. Bu gün kəmərin açılışı mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla İran prezidenti Mahmud Əhmədinejad iştirak etmişlər. Açılış mərasiminə vertolyotlarla gələn prezidentlər qazı nəql edəcək yeni kəməri birlikdə açmışlar.
1997-ci ildən bəri Türkmənistandan İrana ildə 8 milyard kub metr qaz nəql edilirdi. 30 km-lik yeni qaz kəməri isə türkmən qazının İrana nəqlini ildə 20 milyard kub metrə çatdıracaq. Türkmənistan qazı İrana Rusiya üçün saxladığı ehtiyat yatağından verəcək.
İran prezidenti Mahmud Əhmədinejad
yeni kəmərin iki ölkə arasında münasibətləri daha da möhkəmlədəcəyini deyib.