Accessibility links

Gürcüstanla Rusiya arasında müvəqqəti hava yolu açılıb


Gürcüstanla Rusiya arasında 2008-ci ildən, qısa müddət davam edən müharibədən sonra ilk dəfə müvəqqəti olaraq hava yolu açılıb. Gürcüstan hava Yollarına məxsus ilktəyyarə Tbilisidən Moskvaya bu gün səhər uçub. Gürcüstan Hava Yolları Moskvaya və Sankt Peterburqa uçuşları yanvarın 8-dən 10-a qədər planlaşdırır. Gürcüstan rəsmiləri müntəzəm uçuşların bərpasını ümid etdiklərini desələr də bu məsələ ilə bağlı razılığa nail olunmadığını bildirmişlər.

Gürcüstanla Rusiya arasında hava nəqliyyatı 2008-ciildə iki ölkə arasında separatçı Cənubi Osetiya və Abxaziya əraziləri üzərində müharibə başlamasından sonra dayanıb.


XS
SM
MD
LG