Accessibility links

Prezident Obama kəşfiyyat və təhlükəsizlik sahəsində daha çox iş görülməli olduğunu deyib


Prezident Obama Milad bayramı günü baş verən insidentintək bir şəxsin və ya agentliyintəqsiriolmadığını desə də, əlavə edib ki,Amerika xalqının təhlükəsizliyi təmin edilməlidir. Cənab Obamahadisə ilə əlaqədar kimisə ittiham etməkdən çox, ondan nəticə çıxardıb səhvlərin düzəldilməsi və təhlükəsizliyin təmin edilməsi ilə maraqlandığını qeyd edib. O, deyib ki, bir prezident kimi, ölkəni,xalqı, qorumaq məsuliyyəti onun uzərinə düşür və sistəm işləməyəndə məsuliyyəti o daşıyır.

Bir neçə gün insidentlə bağlı hesabatı oxuyandan sonra cənab Obama yüksək səviyyəli rəsmilərlə buraxılansəhvləri müzakirə etmiş və dünən açıqlama vermişdir.

Milad bayramı günü Birləşmiş Ştatların Amsterdamdam uçan təyyarəsində partlayış həyata keçirməyə cəhd göstərən nigeriyalı Ömək Faruk Əbdülmütəlləb partlayıcı maddəni təyyarəyə alt paltarında keçirmişdir.Bundan əvvəl isə onun atası Birləşmiş Ştatlar rəsmilərinə oğlunun müsəlman ekstemistlərinə qoşulduğu barədə xəbərdarlıq etmişdi.

Prezidentin əks-terror məsələləri üzrə məsləhətçisi Con Brennan isə deyib ki, ABŞ məmurlarınınkəşfiyyat məlumatlarını əldə edib bölüşmək məsələsində səhvi olmayıb,onlar təkcəbu məlumatlarınƏbdükmütəlləbləbağlı olduğunu müəyyənləşdirməyi bacarmayıblar.

ABŞ prezidenti Barak Obama kəşfiyyat və təhlükəsizlik sahələrində dəyişikliklər ediləcəyini deyib.

XS
SM
MD
LG