Accessibility links

Əfqanıstanda bomba partlayışı nəticəsində Britaniyanın veteran hərbi müxbiri həlak olub


Britaniya rəsmiləri Əfqanıstanda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir Britaniya jurnalisti, bir ABŞ dəniz piyadasının həlak olduğunu bildirirlər.

Britaniyanın Müdafiə nazirliyindən bildirilir ki, Sunday Mirror qəzetinin veteran hərbi müxbiri Rubert Hamer hücum zamanı həlak olmuş, fotoqraf Filip Koburn isə ağır yaralanmışdır.

ABŞ hərbi dəniz piyadaları ilə birlikdə onları daşıyan maşın bu gün yolda bombaya dəyərək partlamışdır.Partlayış zamanı daha dörd dəniz piyadasının ağır yaralandığı bildirilir.

Britaniyanın Baş naziri Qordon Braun jurnalistin ailəsinə başsağlığı ifadə edilən bəyanat verib. Hamer Əfqanıstanda münaqişə zamanı həlak olan ilk Britaniya jurnalistidir.

Bu arada, ABŞ və Əfqanıstan rəsmiləri Baqram hərbi hava bazasında Birləşmiş Ştatların nəzarətinə olan həbsxanaya nəzarətin bu ilin sonuna qədər əfqanlara keçməsinə dair sənədə imza atıblar.

XS
SM
MD
LG