Accessibility links

Toqo milli yığması Anqolada Futbol üzrə Afrika çempionatından çıxdı


Toqonin futbol üzrə milli yığması komandanın avtobusunun pusquya salınması nəticəsində üç nəfərin ölümündən sonra Anqolanı tərk edir.

Komanda üzvləri Afrika ölkələri kuboku uğrunda çempionatında iştirak etmək istədiklərini bildiriblər. Lakin oyunçular deyiblər ki, onlar hökumətin komandanı vətənə qaytarmaq qərarına əməl edəcəklər.

Toqo hökuməti oyunçuları geri qaytarmaq üçün Anqolaya təyyarə göndərib.

Milli futbol yığma komandası cümə günü Konqo Demokratik Respublikasından Anqolanın Kabinda regionuna keçən zaman hücuma məruz qalmışdır.

Silahlı şəxslər avtobusun sürücüsü, Toqo komandasının məşqçisinin yardımçısını və komandanın sözçüsünü qətlə yetirmilər. Ehtiyatda olan qapıçı Kodcovi Obilale da daxil olmaqla, yeddi nəfər yaralanmışdır.

XS
SM
MD
LG