Accessibility links

Ağ Evin baş iqtisadi müşaviri ABŞ iqtisadiyyatında inkişafın olduğunu deyir


Ağ Evin baş iqtisadi müşaviri bildiib ki, işsizliklə bağlı son rəqəmlərə baxmayaraq, ABŞ iqtisadiyyatında inkişaf müşahidə olunur.

Kristina Romer bu gün CNN və ABC tele-kanallarına müsahibə zamanı keçən ay 85000 iş yerinin itirilməsini geriyə addım adlandırıb. Lakin o bildirib ki, yaz aylarında iqtisadiyyatda müsbət dönüşün olması realdır.

Romerin sözlərinə görə, Obama administrasiyası daha artıq inkişaf görmək istəyir. O deyib ki, prezident təsiri olan iqtisadi stimullaşdırmanı davam etdirməyi planlaşdırır.

ABŞ-ın Əmək nazirliyi cümə günü keçən ay 85000 iş yerinin itidirildiyi və işsizliyin 10 faiz səviyyəsində qaldığını bildirmişdi.


XS
SM
MD
LG