Accessibility links

Toqo futbol komandasına hücumda şübhəli bilinən iki nəfər həbs edilib


Anqola polisinin bildirdiyinə görə, keçən həftənin cümə günü 3 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən Toqonun milli futbol komandasına hücumda əli olmaqda şübhəli bilinən iki nəfər həbs edilib.

Rəsmilər şübhəlilərin komandanın hücuma məruz qaldığı neftlə zəngin Kabinda vilayətində ələ keçirildiklərini bildirmişlər. Kabinda rəsmiləri həbs edilənlərin hər ikisinin separatçı Kabindanın AzadlığıCəbhəsinin üzvü olduqlarını bildirmişlər.

Separatçı qəbilə üzvləri Toqo komandasını deyil, Anqolanın təhlükəsizlik qüvvələrini hədəf aldıqlarını demişlər.

Komadaya hücum zamanı avtobus sürücüsü, komandanın baş məşqçisinin köməkçisi və sözçüsü qətlə yetirilmişdir.

XS
SM
MD
LG