Accessibility links

Haitidə dağıntılar altında qalanların axtarışı davam edir


Haiti də son 200 ildəki ən güclü zəlzələnin baş verməsi nəticəsində çoxsaylı insan həlak olub. BMT-nin Haitidəki missiyasının üzvləri də daxil olmaqla minlərlə insanın öldüyü və ya itkin düşdüyü ehtimal olunur. Fransa xarici işlər naziri Bernard Kuçner Fransa radiosuna bildirib ki, BMT missiyasının rəhbəri Hedi Annabinin öldüyü guman olunur. Episentri Paytaxt Port-o- Prensin yaxınlığında yerləşən, Rixter şkalası ilə 7 bal gücündə olan zəlzələ və ondan sonra baş verən yeraltı təkanlar şəhərdə mərkəzi xəstəxananı, prezident iqamətgahını, bir neçə nazirlik binasını və BMT sülh məramlı missiyasının baş qərargahını dağıdıb. Yollar bağlanıb, şəhər boyu bütün elektrik və kommunikasiyalar kəsilib. Bu isə itkilərin miqdarının müəyyən olunmasını çətinləşdirib. Braziliya ordu rəsmiləri BMT missiyasında olan 4 Braziliya əsgərinin həlak olmasını təsdiq edib. Beynəlxalq Xaç Cəmiyyəti üç milyona qədər insanın zəlzələdən təsir gördüyünü bildirib. Şahidlər küçələrdə cəsədlərin göründüyünü deyirlər. Zəlzələ nəticəsində minlərlə insanın həyatını itirdiyi təxmin edilir.
XS
SM
MD
LG