Accessibility links

Türkiyə İsraildən səfirinə qarşı münasibətə görə üzr istəməyi tələb edir


İsrail xarici işlər nazirinin müavini Denni Ayalon Türkiyə səfirinə qarşı münasibətini lazımsız adlandırmışdır. Cənab Ayalon gələcəkdə mövqeini diplomatik qaydalara uyğun olaraq bildirəcəyini deyib. Bazar ertəsi İsrailin xarici işlər nazirinin müavini Denni Ayalon Türkiyənin səfiri Oğuz Çelikkola Türkiyədə İsrail təhlükəsizlik qüvvələrini uşaqları oğurlayan müharibə cinayətkarları kimi təsvir edən tele-seriala dair etirazını bildirmişdi. Görüş zamanı cənab Ayalon fotoqraflara səfir Əhməd Oğuz Çelikkola onun kreslosundan daha alçaq kreslo verildiyi və Türkiyə bayrağının yerləşdirilmədiyinə diqqət verməli olduqlarını deyib. Nazir müavini eləcə də, Türkiyə səfinin əlini sıxmadığını bildirib. Bundan sonra Türkyə İsraildən diplomatik nəzakət və hörmət qaydalarına əməl etməyi və üzr istəməyi tələb edib. İsrailin baş naziri Benyamin Netanyahu da bu gün İsrail rəsmisinin hərəkətlərini pisləyən açıqlama verib.

XS
SM
MD
LG