Accessibility links

Çin internet şirkətlərinə xəbərdarlıq edir


Çin xarici firmalara ölkənin İnternetlə bağlı qanunlarına riayət etmək haqda xəbərdarlıq edib. Bu xəbərdarlıq ABŞ-da qərargahlanan Google şirkətinin Çini tərk etmək haqda hədəsindən sonraya təsadüf edir. Kabinet rəsmisi Vanq Çen deyib ki, ictimai rəyi yönəltmək bütün internet şirkətlərinin məsuliyyətidir. Vanq rəsmi Pekinin haker hücumlarına dəstək vermədiyini və özünün belə hücumlara məruz qaldığını vurğulayıb. Google elan edib ki, o, bundan sonra axtarış nəticələrini senzuradan keçirməyəcək. Şirkət çinli insan hüquqları fəallarının email hesablarına hücumları aşkar etdikdən sonra Çindəki əməliyyatlarını dayandıra biləcəyini bəyan edib.
XS
SM
MD
LG