Accessibility links

ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın şimal-qərbində zərbələr endirib


Pakistanın şimal-qərbindəki təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, bölgədəki Taliban liderini hədəf alan Birləşmiş Ştatların pilotsuz təyyarəsinin hücumu nəticəsində 12 yaraqlı qətlə yetirilib. Lakin Şimali Vəziristanla Cənubi Vəziristan sərhədi arasındakı Pasalkot kəndinə edilən hücum zamanı ölənlər arasında Hikmətulla Məsudun da olduğu hələ məlum deyil. Hikmətulla Məsudun döyüşçüləri isə onun sağ olduğunu deyirlər.

Associated Press Pakistan kəşfiyyatına istinadən bildirir ki, Məsud hələ də sağdır. Keçən həftə Talibanın açıqladığı video lentdə Məsud Birləşmiş Ştatların Əfqanıstandakı bazasında ABŞ-ın 7 kəşfiyyat işçisinin ölümü ilə nəticələnən intiharçı hücumunda əli olan İordaniya vətəndaşı ilə birlikdə nümayiş etdirilib.

XS
SM
MD
LG