Accessibility links

Barak Obama Haitidəki zəlzələni fəlakət adlandırıb


ABŞ prezidenti Barak Obama Haitidəki zəlzələni fəlakət adlandırıb. Prezident bu gün Ağ Evdə bəyan edib ki, Amerika yardım səylərinə dəstək məqsədilə əlavə 100 milyon dollar ayırır. Onun sözlərinə görə, ABŞ-ın Haitiyə dəstəyinin bir hissəsi artıq çatıb və yerdə qalan hissə də qısa zamanda çatacaq. Prezident ABŞ yardımının və heyətlərinin Haitiyə tam çatmasının saatlar və bəlkə də günlər apara biləcəyini deyib. Cənab Obama Birləşmiş Ştatların Haiti ilə həmrəy olduğunu dilə gətirib. ABŞ-la dünyanın bir çox ölkələri də Haitiyə yardımlarını əsirgəmirlər. Çin, İspaniya, və başqa dövlətlərdən təchizat və işçiləri gətirən təyyarələr Haitiyə bu gün çatıb.
XS
SM
MD
LG