Accessibility links

İran Azərbaycan şairlərinin şer kitablarını müsadirə edib


Yanvarın 15-də Azərbaycan-İran sərhədində “Dayaq” Dünya Azərbaycanlıları Yazarlar Qurumunun çap etdirdiyi Cənubi Azərbaycandan olan şairlər Nigar Xiyavişin “Əlimdə əlli barmaq”, Məlihə Əzizpurun “Su pıçıltısı” və Sayman Aruzun “Bahar gəlmədi” şerlər toplusu olan 1500 nüsxə latın qrafikası ilə çap olunmuş kitabları İran ETTELLAT-ı tərəfindən müsadirə edilib. Bu barədə “Amerikanın səsi” radiosuna “Dayaq” rəhbəri Sayman Aruz bildirib.
Onun sözlərinə görə, kitabların olduğu avtobusun sürücüsü həbs edilib. “Bu kitablarda sevgi, məhəbbət və vətən sevgisinə həsr edilmiş şerlər toplanıb. Buna baxmayaraq, kitablar ETTELLAT tərəfindən siyasi adlandırıb və müəllifləri həbslə hədələnib”, - deyə o qeyd edib.
“Dayaq” Dünya Azərbaycanlıları Yazarlar Qurumu ictimai-ədəbi birlikdir. Məqsədi dünyada yaşayan azərbaycanlı yazarların konfransını təşkil etmək, Azərbaycan ədəbiyyatını yaymaqdır. Qurumun çap etdirdiyi kitablar barədə www.dayaq.org saytından məlumat almaq olar.

XS
SM
MD
LG