Turan Agentliyinin maliyyə redaksiyasının redaktoru Xanbəyli Anar hesab edir ki, Azərbaycan daxili bazarda manatın digər valyutalara nisbətdə məzənnəsini sabit saxlayıb və Mərkəzi Bank 2010-cu ildə bu siyasəti dava etdirəcək. Onun fikrincə, bu il banklar investisiya siyasətində pozitiv dəyişikliklər edəcək və kredit mühitini yaxşılaşdıracaq. “Artıq 2009-cu ilin ikinci yarısından başlayaraq Azərbaycanda bank sistemində sabitləşmə dövrü başlayıb. Banklarda maliyyə qıtlığı problemi artıq müəyyən qədər aradan qaldırılıb. Azərbaycan bankları xarici banklardan kreditlər cəlb etməyə başlayıb”.