Accessibility links

ABŞ aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilir


ABŞ Daxili Təhlükəsizlik Nazirliyi dekabrın 25-də təyyarəni partlamaq cəhdinin ardınca Amerika aeroportlarındakı təhlükəsizlik tədbirlərini artırır. Nazir Canet Napolitano bu gün verdiyi bəyanatda bildirib ki, yeni aeroport ölçüləri sırasında genişləndirilmiş təsadüfi yoxlamalar, əlavə federal hava marşallaı və adların terror nəzarət siyahısına daxil edilməsi olacaq. Napolitano hava səyahətçilərinə xəbərdarlıq edərək ABŞ-a gələn müsafirlərə uçuş üçün əlavə vaxt ayırmağı tövsiyə edib. Nazir bilidirib ki, ABŞ qətiyyətli düşmənlə üzləşir. O, ölkəyə gələn adamlara və əməkdaşlıq nümayiş etdirdiklərinə görə hava yolları sənayesinə minnətdarlığını ifadə edib.
XS
SM
MD
LG