Artıq
3-cü gündür paytaxt Port-o-Prins küçələrində gecələyən vahiməyə düşmüş
haitililər fəlakətli zəlzələnin ardınca vəd edilən yardımları gözləyirlər. Bu
gün Haiti sahillərində yan alan USS Karl Vinson təyyarə daşıyan gəmisi təchizat
və yardım personalları gətirən vertolyotlar üçün hava limanı kimi istifadə
olunacaq. Haitidə son 200 ilin ən güclü zəlzələsindən sonra dünəndən ölkəyə tibbi
təchizat və qida məhsulları gəlməyə başlayıb. Yardım gətirən təyyarələr artıq paytaxtın
əsas aeroportunu doldurub. Yardım agentlikləri rəsmiləri və işçilərinin
bildirdiyinə görə, insanlar vahiməyə düşdükcə ölkədə qida və digər
çatışmazlıqlar başlıca problemə çevrilir. Qırmızı Xaç Cəmiyyətinin məlumatında
zəlzələ nəticəsində 45-50 min insanın həlak olduğu deyilir.