Accessibility links

Amerika dövlət katibinin xüsusi nümayəndəsi Bakıdadır


ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Bakıda səfərdədir. O bu gün Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb.
Görüşlərdə Azərbaycan - ABŞ enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edilib, həmçinin Xəzər regionunda gerçəkləşdirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Amerikanın Bakıdakı səfirliyinin məlumatına görə, səfir Morninqstar ABŞ-ın neftin və qazın bu regiondan Avropa və qlobal bazarlara nəqli üçün marşrutların diversifikasiyası sahəsində inkişafa göstərəcəyi dəstək və əməkdaşlıq məsələlərini müzakirə edib.

XS
SM
MD
LG