Accessibility links

Yəməndə üç terror şübhəlisi ələ keçirilib


Yəmən müdafiə nazirliyi ölkənin Səudiyyə Ərəbistanı ilə sərhədində üç Əl Qaida militantını ələ keçirdiyini xəbər verir. Nazirlik bu gün açıqladığı bəyanatda bildirir ki, tutulan şəxslər partlayıcı maddələr və silahlar gəzdirirdilər və onlar hərbi uniformalar geymişdilər. Onlar bu şəxslərin Alb adlı şimali sərhəd regionunda həbs edildiyini xəbər verir. Həbslər Yəmən təhlükəsizlik qüvvələrinin Ərəbistan yarımadasında endirilən hava zərbələri nəticəsində altı Əl Qaida üzvünü öldürməsindən sonraya təsadüf edir. Öldürülənlər sırasında qrupun Yəmən həbsxanasından 2006-cı ildə qaçmış rəhbəri də var.
XS
SM
MD
LG