Accessibility links

Haitidə yardım səyləri maneələrlə qarşılaşır


Haitidə xilasedici dəstələr və yardım komandaları sutka ərzində paytaxt Port-o-Prins və onun ətrafındakı ərzaq, su və dərmana ehtiyacı olan adamlara kömək etməkdə davam ediblər. Haiti və ABŞ razılıq imzalayaraq paytaxt aeroportunu Amerikanın nəzarəti altına keçiriblər. Ölkəyə yardım ləvazimatlarının əksəriyyəti bu aeroport vasitəsilə daxil olur. Güclü zəlzələ Port-o-Prinsi viran qoyduqdan dörd gün sonra aeroportda yaranan tıxacla, kəsilən yolla və məhdud resurslar yardım səylərini əngəlləyir. Dünyanın müxtəlif guşələrindən gəlmiş yardım dəstələri Haitidədir. Lakin ləvazimatların vaxtında çatdırılmaması və təhlükəsizlik problemləri bir çoxlarının səbrini tükəndirib. ABŞ dövlət katibi Hillari Klintonun bu gün Port-o-Prinsə gələcəyi gözlənilir.
XS
SM
MD
LG