Accessibility links

Roma papasını vuran Mehmet Əli Aqca azadlığa buraxıldı


Roma papası Yohan Paulu 1981-ci ildə öldürməyə cəhd edən türk vətəndaşın vəkili 52 yaşlı Mehmet Əli Aqcanın 30 illik həbs cəzasından sonra azadlığa buraxıldığını xəbər verir. Vəkil deyib ki, Aqca Ankara yaxınlığındakı hərbi obyektə, oradan isə hospitala aparılacaq. Aqca deyib ki, o, papaya edilın hücumla bağlı sualları qarşıdan gələn həftələrdə cavablandıracaq. Aqca özünü “Əbədi Məsih” elan edərək dünyanın bu əsrdə dağılacağını bildirib. Mehmet Əli Aqca Papa Yohan Paulu Romada Müqəddəs Piter meydanında güllə ilə vuraraq yaralamışdı. O, 19 il İtaliya həbsxanasında cəza çəkdikdən sonra, 10 il Türkiyədə məhbəsdə yatıb.
XS
SM
MD
LG