Accessibility links

Iran Britaniya ilə münasibətləri nəzərdən keçirir


İranın xarici işlər naziri deyib ki, rəsmi Tehran Britaniya ilə münasibətləri nəzərdən keçirir və münasibətlərin gələcəyini İranın milli maraqlarına uyğun olaraq müəyyənləşdirəcək. Xarici İşlər naziri Mənuçehr Möttəki bu açıqlamaları bu gün Tehranda beynəlxalq konfransda çıxışı zamanı verib.

Mənuçehr Möttəki İran və Britaniya arasında münasibətlərdə 12 müxtəlif sahənin nəzərdən keçirildiyini deyib, lakin detallara varmayıb. Tehranda İran körfəzinə dair “Çağırışlar və regional mexanizmlər” mövzusunda iki gün sürəcək konfransın açılışında danışan Möttəki deyib ki, bütün bu sahələr öyrənilib və onların hər biri İranın milli maraqları müstəvisindən nəzərdən keçiriləcək və bundan sonra hökumət öz qərarını verəcək.

Tehran Londonla münasibətlərin səviyyəsini azaldacağına dair xəbərdarlığl iyun ayında vermişdi. Keçən həftə parlamentin pnlarla üzvü Britaniya ilə münsaibətləri kəsmək haqda təkliflə çıxış etmişdir. İran Britaniyanı və digər qərb dövlətlərini seçkidən sonra iğtişaşları qızışdırmaqda ittiham edir.

İki ölkə arasında münasibətlərdə gərginliyinin bir mənbəyidə İranın nüvə ambisiyalarıdır. Britaniya və dünyanın digər qüdrətli dövlətləri İranı gizli şəkildə nüvə silahları istehsal etməyə çalışmaqda ittiham edir. İran bu iddiaları rədd edir. Dekabr ayında İran Britaniyanın Tehrandakı səfirini Xarici işlər nazirliyinə çağıraraq, İranın daxili işlərinə müdaxilə etməmək barədə xəbərdarlıq etmişdi.

XS
SM
MD
LG