Accessibility links

Ermənistan müxalif jurnalisti 7 illik həbsə məhkum etdi


Ermənistan məhkəməsi müxalif jurnalisti 2008-ci il seçkilərindən sonra polislə nümayişçilər arasında baş vermiş qarşıdurmalarda iştiraka görə 7 il müddətinə azadlıqdan məhrum edib. Armenian Times qəzetinin redaktoru Nikol Paşinyan Serj Sarkisyanın seçkilərdə qələbəsindən sonra 2008-ci ilin fevral ayında kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib. İğtişaşlar zamanı 2 polis işçisi və 8 mülki vətəndaş həlak olmuş, onlarla insan xəsarət almışdı. Rəsmilər Paşinyanı nümayişlərin başlıca təşkilatçısı kimi qələmə verib. Bir müddət gizləndikdən sonra Paşinyan 2009-cu ildə yenidən üzə çıxmışdı. Paşinyanın vəkili apellyasiya şikayəti veriləcəyini bildirib.

XS
SM
MD
LG