Accessibility links

İranda dekabr ayında keçirilən etiraz aksiyalarının iştirakçıları həbs edilib


İran polisinin bildirdiyinə görə, dekabr ayında hökumətə qarşı zorakılıqlarla müşaiyət olunan etiraz aksiyalarının 40-dan çox iştirakçısı həbs edilib. Rəsmilər həbs edilənlərin şiələrin müqəddəs Aşura günü aksiyalar keçirməkdə ittiham edildiyini deyirlər. Şübhəlilər axtarışa çıxarıldıqdan, şəkilləri çap edilərək xalqdan onların tapılmasına yardım istənildikdən sonra həbs edilmişlər. Allaha qarşı müharibə ittihamı ilə həbs edilənlərdən beşi dünən məhkəmə qarşısına çıxarılmışdır. Əgər onlar günahkar bilinərsə, ölüm cəzasına məhkum edilə bilərlər.

XS
SM
MD
LG