Əfqanıstanda Talibanın azı 5 nəfəri qətlə yetirdikdən və 70-dən çoxunun yaraladıqdan sonra prezident Həmid Karzay bu günKabildə təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinə dair göstəriş verib. Beləliklə, Əfqanıstanda təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb və Kabilə daxil olan maşınlar yoxlanışdan keçirilir.
Polis rəisinin müavini Xəlil Dastyarın dediyinə görə, şəhərdə yoxlanış məntəqələrinin də sayı artırılıb. Əfqanıstanın kəşfiyyat idarəsinin başçısı Əmrullah Saleh dünən səhər polislə əllərində avtomat silahlar və intiharçı jiletləri geymiş yeddi nəfərdən ibarət bir dəstə arasında atışma olduğunu deyib. Qarşıdurma zamanı azı üç təhlükəsizlik işçisinin və bir uşağın qətlə yetirildiyi bildirilir. Təhqiqatçılar yeddi hücumçunun öldürüldüyünü bildirir.