Accessibility links

Haitidə yenidən 6.1 bal gücündə zəlzələ baş verib


Səkkiz gün bundan əvvəl 7 bal gücündə zəlzələnin baş verdiyi Haitidə növbəti zəlzələ olub. Birləşmiş Ştatların Geoloji Mərkəzinin bildirdiyinə görə, bu gün 6,1 bal gücündəki zəlzələ paytaxt Port-o Prinsdən 59 km məsafədə baş verib. Lakin xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.

Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts zəlzələdən sonra patyaxtdakı əsas limanın dağıntılardan təmizlənməsi də daxil edilməklə, ABŞ-ın Haitiyə yardım məqsədi ilə əlavə gəmilər göndərəcəyini deyib. Lakin zəlzələnin səbəb olduğu dağıntılar nəhəng gəmilərin bu bölgəyə ərzaq və təchizat çatdırmasına mane olur.

Dünən ABŞ vertolyotları prezidentin Port-o Prinsdəki dağılmış iqamətgahı olan əraziyə enərək, hərbi qüvvə və yardım gətirmişdir. Bu gün axşam isə Birləşmiş Ştatlar hərbi dəniz qüvvələrinin zəlzələ bölgəsində hərbi hospital qurmaq məqsədi ilə min nəfərlik yataq gətirəcəyi gözlənilir. Dünən eləcə də, əməliyyat keçirilməsi üçün ağır yaralanmış iki oğlan uşağı ABŞ gəmisinə göndərilib.

XS
SM
MD
LG