“İranda Yaşıl hərəkatın gələcəkdə də yaşıl olacağına inansaq, əlbəttə ki, bu hərəkata qatılmaq nəinki azərbaycanlılara, həm də hər bir bəluca, ərəbə, kürdə zəruridir” Bu sözləri siyasi fəaliyyətinə görə İranda həbsdə olmuş və hazırda Qum şəhərində yaşayan İran azərbaycanlıAmerikanın səsinin “İran Azərbaycanına Pəncərə Proqramının” Dəyirmi Masa söhbəti zamanı deyib.
Yaşıl hərəkatın keçmişinə nəzər salan cənab Əzimi Qədim bir zaman bu hərəkatın ərp nöqtəsi sayılan Xatəminin dövründə azərbaycanlıların gileylərinin (narazılıqlarının) indikindən qay-qat çox olduğunu deyir. O bildirir ki, hazırda azərbaycanlıların etirazı dünyadan cavab ala bilsə də, dünya ictimaiyyəti Xatəmini demokratik şəxsiyyət kimi görürdü. Ancaq hazırkı müxalifət lideri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin ətrafındakıların Xatəmi zamanındakılardan Azərnaycana daha yaxın olduğunu dilə gətirən höcətülislam özünün də seçkilərdə Kərrubini dəstəklədiyini bildirir. O deyir ki, Yaşıl hərəkatın qələbə qazanması üçün azərbaycanlıların köməyi lazımdır.
Xalqın Mücahidləri qrupundan söhbət açankən o, bu qrup haqda daha çox məlumata ehtiyac olduğuna inanır və deyir ki, onlar haqqında bizim aldığımız məlumatların böyük bir hissəsi hökumət mənbələrinə əsaslanır və müstəqil mənbərin məlumatlarından o qədər də xəbərimiz olmur.
Azərbaycanlı molla söyləyir ki, əvvəlcə onların terrorçu və ya dinc qrup olduğu aydınlaşdırılmalıdır. Terrorçu əməllərlə məşğul olduğu təqdirdə onlara heç bir xalq haqq qazandırmamalıdır. Cənab Əzimi Qədimin sözlərinə görə ümumilikdə isə məlumatlara görə, bu qrup Azərbaycan məsələsi ilə bağlı maraqlı deyil.
Əbdüləziz Əzimi Qədim azərbaycanlıların hazırda Yaşıl hərəkatı dəstəkləmək məsələsində düzgün mövqedə olduğunu deyərək, İran hakimiyyətinin 3 il əvvəl azərbaycanlıların gücünü gördüyünü bildirir. Onun sözlərinə görə, Azərbaycan məsələsi hökumət üçün Yaşıl hərəkatdan öndə olmasa da, ondan geri də qalmır. Höcətülislam deyir ki, Azərbaycan süqut etməyib. Sadəcə Tehran böyük şəhər olduğu üçün orada nümayişlər daha kütləvi olub və diqqəti cəlb edib. O qeyd edir ki, digər tərəfdən isə Təbrizin zəif iştirakının səbəbi oradakı azərbaycanlıların kamil yanaşa bilməməsi və polis nəzarətinin güclü olmasıdır.
O deyir ki, İrandakı kürd, bəluc kimi digər etnik xalqların müxalifət hərəkatına yanaşması azərbaycanlılarınkından fərqli deyil. Onlar bu Yaşıl hərakata tam inana bilmirlər.