Accessibility links

Moskvada 24 insan haqları fəalı həbs edilib


Dünən hüquq müdafiəçisi və jurnalistin qətlinin ildönümünü qeyd etmək üçün Moskvada etiraz yürüşü keçirən 24 nəfər insan haqları fəallarının həbs edildiyi bildirilir. Havanın şaxtalı olmasına baxmayaraq, yüzlərlə fəal keçən il Kreml yaxınlığındakı küçədə güllə ilə qətlə yetirilən şəxslərin həlak olduqları yerə toplaşmışdılar. Polis isə etirazçıları şəhərin başqa hissəsinə köçürməyə çalışmışdır. Rəsmilərin dediyinə görə, fəalların yürüş keçirməyə deyil, nümayiş keçirməyə icazəsi olub.

Xatırladaq ki, insan haqları vəkili Stanislav Markelov və jurnalist Anastasiya Baburova keçən il, yanvar ayının 19-da Moskvanın mərkəzində keçirilən mətbuat konfransından sonra qətlə yetirilmişdilər. Cənab Markelov 2000-ci ildə rus polkovniki tərəfindən qətlə yetirilən yeniyetmə çeçen qızının ailəsinin vəkili idi.

XS
SM
MD
LG