ABŞ-da qərargahlanan Jurnalistləri Müdafiə Komitəsinin nümayəndələri bu gün Vaşinqtondakı Azərbaycan səfirliyində diplomatik nümayəndələrlə görüş keçiriblər. Görüşün məqsədi Realnı Azerbaycan və Gündəlik Azerbaycan qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayevin həbsi və Azərbaycanda müstəqil mətbuatın durumu barədə narahatlıqları Azərbaycan Prezidenti İlham Əliyevə çatdıran məktubu rəsmilərə təqdim etmək olub. Azərbaycan diplomatları məktubu təhvil almış və onu prezidentə çatdıracaqlarını bildirmişlər. Görüşdən öncə Amerikanın Səsinə şərh verən təşkilatın Avropa və Orta Asiya üzrə koordinatoru Nina Oqniyanova Fətullayevə qarşı qaldırılmış yeni cinayət maddələrinə diqqət çəkərək beynəlxalq ictimaiyyətin Azərbaycanda jurnalistlərin təqibini diqqət mərkəzində saxladığını vurğulamışdır. Onun sözlərinə görə prezidentə ünvanlanan müraciəti yüzlərlə beynəlxalq jurnalist imzalayıb:
"500-dən çox beynəlxalq jurnalist Eynulla Fətullayevə beynəlxalq söz azadlığı sahəsində xidmətlərinə görə verilən mükafatı təqdimetmə mərasimində onun azadlığa buraxılmasına səsləyən müraciət imzalayıblar. Biz bu məktubu müvəqqəti işlər vəkilinə təqdim etmək istəyirik. Biz ondan xahiş edəcəyik ki, məktubu Prezident İlham Əliyevə çatdırsın."
Qeyd edək ki, 2007-ci ilin oktyabrında Azərbaycanda Ağır Cinayətlərə Dair Məhkəmə Eynulla Fətullayevi terrorizm, millətlərarası ədavəti qızışdırma və vergilərdən yayınma ittihamı ilə səkkiz il yarım azadlıqdan məhrum etmişdi. Buna başlıca səbəblərdən biri Fətullayevin Realnı Azerbaycan qəzetində yazdığı “Əliyevlər Müharibəyə Gedir” adlı məqaləsi idi. Həmin məqalədə müəllif ABŞ-ın İranla mümkün müharibə ssenarisini nəzərdən keçirmiş və Azərbaycanın xarici siyasətini sərt tənqid etmişdi. Məhkum edildikdən sonra Eynulla Fətullayevin dəfələrlə təqdim etdiyi appelyasiya müraciətləri məhkəmə tərəfindən rədd olunub. Bu yaxınlarda, dekabrın 29-da Eynullanın məhbəs kamerasında aparılan axtarış onun gödəkcəsində 0.22 qram heroin aşkar edib. Eynulla Fətullayev işin qurama olduğunu bildirərək ittihamları qətiyyətlə rədd edib. Jurnalistləri Müdafiə Komitəsinin təmsilçisi Nina Oqniyanova hesab edir ki, bu ittihamlar saxtadır. Belə ki, hökumətin Eynulla ilə bağlı qərəzi artıq çoxdan məlumdur:
"Fətullayevə qarşı üstündə uzun müddətli həbs cəzaları çəkdiyi siyasi motivli ittihamların uzun tarixçəsini nəzərə aldıqda, biz bunun təxribat olduğuna inanırıq. Bu yeni ittihamarla səbəb odur ki, Eynullanı kifayət qədər çox məhbəsdə saxlasınlar. Biz bu ittihamı pisləyirik və hökuməti jurnalistin təqibinə son qoymağa və onu azad etməyə çağırırıq."
Nina Oqniyanova Eynulla Fətullayevin başına gələnlərin Azərbaycanda söz azadlığının bərbad durumundan xəbər verdiyini hesab edir. Onun fikrincə söhbət burada təkcə Eynullanın taleyindən yox, həm də Azərbaycan hökumətiin imicindən gedir:
"Kədərli reallqıdır ki, Azərbaycan müstəqil jurnliastlərə sistematik təzyiqlə, söz və mətbuat azadlığına qarşı repressiyalarla əlaqələndirilir. Biz ümid edirik ki, Azərbaycan hökuməti bunun onun beynəlxalq imicinə nə dərəcədə ciddi xələl gətirdyini analyır."
Nina Oqniyanova əlavə edib ki, Eynulla Fətullayev öz fəaliyyətinə görə həbsdə olan yeganə jurnalist deyil. Ən azı 3 başqa jurnalist bu növ siyasi motivli ittihamlarla həbsdə saxlanılır və onların hamısı azad edilməlidir.