Accessibility links

Haitidəki yardım işçiləri bölgəyə yardımların hələ də yavaş çatdırıldığını deyirlər


Haitidəki yardım işçiləri keçən həftə baş verən zəlzələdən sonra irəliləyişlər əldə edildiyini desələr də, bölgəyə yardımların hələ də yavaş çardırıldığını deyirlər. Yardım işçilərinin dediyinə görə, dünya ölkələrindən bölgəyə göndərilən yardımlar təmir edilmiş yollar və gəmilər vasitəsi ilə çatdırılır. BMT-nin Dünya Ərzaq Proqramı təşkilatının icraedici direktoru Jozette Şiranın bu gün Haitidə vəziyyəti görmək, hökumət və yardım agentliklərinin rəsmiləri ilə görüşmək üçün bu gün bölgəyə səfər edəcəyi gözlənilir. Xilasetmə işçilərinin hələ də Port-o Prinsdə dağıntılar altında sağ qalanların axtarışını davam etdirdikləri, ölənlərin isə kütləvi məzarda basdırıldığı bildirilir. Birləşmiş Ştatların hərbi rəsmiləri yenə də 4000-ə qədər hərbi dəniz donanması əsgərinin zəlzələ bölgəsinə göndəriləcəyini deyirlər. Bununla Birləşmiş Ştatlar Haitiyə 14 min hərbi qüvvə göndərmiş olur.

XS
SM
MD
LG