Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev ATƏT Minsk Qrupunun Azərbaycana gəlmiş həmsədrlərini qəbul etdi. Rəsmilərin son görüşü Dağlıq Qarabağ regionu ətrafında danışıqların intensivləşdiyi vaxta təsadüf edir. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin qarşıdan gələn Soçidəki üçtərəfli görüşü siyasi müşahidəçilər arasında geniş maraq doğurub. Bəziləri ümid edir ki, növbəti görüş Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına stimul verəcək. Bu mövzuda diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə Azərbaycan-Atlantik Əməkdaşlıq Assossiasiyasının rəhbəri Sülhəddin Əkbər və Zerkalo qəzetinin şərhçisi Rauf Mirqədirlini dəvət etdik.
Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında danışıqların intensivləşməsinin səbəblərini şərh edirkən Sülhəddin Əkbər diqqəti 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibəyə yönəltdi. Cənab Əkbərin sözlərinə görə Cənubi Osetiya və Abxaziya kimi separatçı bölgələrdən qaynaqlanan bu müharibə regional dövlətlərin, ələlxüsus Türkiyənin ciddi narahatlığına səbəb oldu. Bundan əlavə, dünya ictimaiyyəti Qafqazda gələcək münaqişə ocaqlarının söndürülməsinin vacibliyini daha aktual şəkildə dərk etməyə başladı. Məhz bundan sonra Qafqazda müharibəyə tərəf olmuş Rusiya özünün sülhpərvər imicini qorumaq üçün sülh danışıqlarında aktivliyini artırdı. Şərhçi Rauf Mirqədirlinin fikrincə isə Rusiya hakimiyyəti daxilində Qərblə münasibətləri nizama salmağa meyl göstərən və əvvəlki status kvonu saxlamağa çalışan qüvvələr arasında mübarizə gedir. Onun sözlərinə görə mümkündürmü ki, prezident Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsini nizama salmaqla Qərblə münasibətlərdə xoş məram yaratmağa çalışsın. Lakin baş nazir Vladimir Putinin düşərgəsi aydın edib ki, onlar münaqişəyə Cənubi Qafqaz üzərində təsir mexanizmi kimi baxır.
ATƏT Minsk Qrupunun fəal iştirakçılarından biri də ABŞ-dır. O biri tərəfdən son zamanlar Azərbaycanın Qərblə, ABŞ-la münasibətlərində müəyyən soyuqlaşma hiss olunur. “Azərbaycanda insan hüquqlarının və demokratiyanın durumu ilə bağlı Qərblə yaranmış gərginlik münaqişənin həllinə nə kimi əngəl törədə bilər?” sualına cavabda Sülhəddin Əkbər bildirdi ki, Azərbaycanda 2003-cü ildən bəri vüsət alan siyasi basqılar ölkənin siyasi təkamülü də daxil olmaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə və bu istiqamətdə Qərblə əməkdaşlığa ciddi maneə törədir. Rauf Mirqədirli problemin mövcudluğunu etiraf etsə də, bunun Dağlıq Qarabağ danışıqlarına konkret necə təsir göstərəcəyinin aydın olmadığını bildirdi. Onun sözlərinə görə bir qayda olaraq münaqişələrin həllində demokratiya ciddi rol oynamyır. Buna misal olaraq o, 1979-cu ildə Ənvər Sadatın rəhbərlik etdiyi Misirlə demokratik İsrail arasında bağlanan sülh müqaviləsini göstərdi.