Prezident Obama Amerika xalqına həftəlik müraciətində deyib ki, Ali Məhkəmənin bu həftə kampaniyaların maliyyələşdirilməsilə bağlı verdiyi qərar şəxsi maraqlar üçün böyük qələbədir. O buna cavab olaraq qanunvericilik aktının hazırlanacağına söz verib.
Cümə axşamı Ali Məhkəmə 5 lehinə, 4 əleyhinə səs verərək, ABŞ-da siyasi kampaniyaların korporativ təşkilatlar və birliklər tərəfindən maliyyələşdirilməsi üçün uzun zamandır qoyulmuş məhdudiyyətləri aradan götürmüşdür. Bununla on illərdir hökumətin korporasiyalar və birliklərin öz xəzinələrindən maliyyənin siyasi reklam üçün ayırması haqda tətbiq etdiyi qayda dəyişdirilmişdir.
Məhkəmə hesab edir ki, kampaniyaların maliyyəşdirilməsinə dair köhnə qanun konstitusiyada söz azadlığı haqda maddənin pozulmasıdır.
Həftəlik radio müraciətində prezident Obama qəbul edilmiş qaydanı kəskin tənqid edərək deyib ki, “bu, demokratiyanın özünə bir zərbədir.”