Accessibility links

Pakistanın təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində döyüşlər zamanı 22 militantı qətlə yetirib


Pakistan rəsmiləri təhlükəsizlik qüvvələrinin ölkənin şimal-qərbində militantların pusqusundan sonra başlamış döyüşlərdə 22 yaraqlarını öldürdüyünü bildiriblər.

Rəsmilərin dediyinə görə, militantlar Şimali və Cənubi Vəziristan regionlarından şimalda qəbilələrin yaşadığı Orakzai bölgəsində toqquşma zamanı öldürüblər. Onlar ərazidə axtarış zamanı 25 militantın ələ keçirildiyini bildiriblər.

Bu arada, Pakistan polisi militantların Pəşəvər yaxınlığında yanacaqla dolu tankerlərə hücum etdiklərini bildirib. Polisin verdiyi məlumata görə, milinatlar sürücü və onun köməkçisinə maşından çıxmaq əmri vermiş, sonra isə tankeri yandırmışlar.

XS
SM
MD
LG