Accessibility links

Haiti hökuməti axtarış və xilasetmə əməliyyatlarının dayandırıldığını elan etdi


BMT rəsmiləri bildirir ki, Haiti hökuməti zəlzələ nəticəsində dağlımış ölkədə axtarış və xilasetmə əməliyyatlarının dayandırıldığını elan edib. Minlərlə haitili Port-o-Prens ətrafında yerləşdirilmiş çadırlara köçmək üçün paytaxtı tərk etdiyi zaman ərzaq, su və tibbi yardımın çatdırılması artırılır.

Dünən BMT-nin Humanitar Yardım işləri üzrə koordinatorunun ofisinin verdiyi bəyanatda deyilir ki, beynəlxalq xilasetmə qrupları dağıntılar altından 132 nəfəri çıxara bilib. Zəlzələ baş verəndən 10 gün sonra xilasetmə işçiləri Port-o-Prensdə dağlımış binaların altından daha iki nəfəri, 84 yaşlı qadın və 22 yaşlı gənci çıxarıblar.

BMT bildirir ki, Haiti hökuməti 110 000 çox insanın öldüyünü təsdiq edib, bununla belə hadisə qurbanlarının ümumi sayının 200 000-ə çatacağı gözlənilir.

Zəlzələ nəticəsində 1,5 milyon haitili evsiz-eşiksiz qalıb, onların çoxu hələ də yardım gözləyir.

XS
SM
MD
LG