Accessibility links

Bağdadda silsilə bomba partlayışları baş verib


Paytaxt Bağdadda həyata keçirilən üç bomba hücumunun azı 11 nəfərin ölümünə səbəb olduğu xəbər verilir. Partlayışlardan birinin şəhərdəki Şeraton mehmanxanası yaxınlığında baş verdiyi, digərinin Babil mehmanxanasını hədəf aldığı deyilir. Üçüncü partlayışın isə şəhər mərkəzində həyata keçirildiyi bildirilir. Partlayışların arasında çox az vaxtın olduğu deyilir və 21 nəfərin yaralandığı bildirlir. Avqust ayından bəri Bağdadda silsilə bomba hücumları yüzlərlə insanın ölümünə səbəb olub. İraq rəsmiləri bu hücumlarla üsyançıların qarşıdan gələn mart ayında parlament seçkilərinə mane olmaq istədiklərini bildirirlər.
XS
SM
MD
LG