Accessibility links

Məsud Cəzayeri İranın bir neçə yeni raket və silah nümayiş etdirəcəyini bildirib


İranın İnqilab Qvardiyasının baş komandanı Məsud Cəzayerinin dediyinə görə, 1979-cu ildə baş verən İslam inqilabının gələn ay keçiriləcək 31-ci ildönümü münasibəti ilə bir neçə yeni raket və silah nümayiş etdiriləcək. Qvardiya komandiri bu gün açıqladığı bəyanatında raket və silahların Fəcr – Şəfəq günü təşkil edilən mərasim zamanı nümayiş etdiriləcəyini deyib. Cənab Cəzayeri İranın raketlərin sınaqdan keçirəcəyi və planları barədə açıqlama verməyib.

Qərb İranın gizli şəkildə yeni nüvə silahı hazırlamaqda və atom bombasını uzaq mənzilli ballistik raketlərdə yerləşdirmə qabiliyyətinə yiyələnə biləcəyindən şübhələnir.

XS
SM
MD
LG