Haiti
prezidenti Rene Preval 200 min nəfərin ölümü və paytaxtın böyük hissəsinin
dağılması ilə nəticələnən zəlzələdən sonra evsiz qalan insanlar üçün əlavə 200
min çadıra ehtiyac olduğunu bildirib. Yalnız paytaxt Port-o-Prinsdə 1 milyondan
çox insan evsizdir və onların çoxunun yardıma ehtiyacı var. Səhiyyə naziri
Aleks Larson deyib ki, hökumət 400 min insanın dağılmış şəhərdən kənarda salınmış
müvəqqəti çadır düşərgələrinə köçürülməsinə çalışır. ABŞ hərbi personalı və BMT
sülhməramlıları ilə yanaşı, qeyri-hökumət yardım agentlikləri insanlara ərzaq,
su və tibbi təchizat çatdırmağa çalışır. BMT sülhməramlılarının yardım paylama
mərkəzlərindən birində mərkəzi ələ keçirməklə hədələyən ac haitililəri sakitləşdirmək
üçün xəbərdarlıq atəşi açılıb.