Accessibility links

Bu gün Bağdadda daha bir partlayış həyata keçirilib


Bu gün Bağdadda daha bir böyük partlayış baş verib. Rəsmilər hökumət binasına edilən hücumun 18 nəfərin ölümünə, 80-ə qədər insanın isə yaralanmasına səbəb olduğunu deyirlər. Rəsmilər maşındakı intiharçının bombanı Bağdadın mərkəzində yerləşən dövlətin məhkəmələr binası yaxınlığında işə saldığını deyirlər. Partlayışın binaya güclü zərər vurduğu və dağıntılar səbəbindən bəzi işçilərin binadan çıxa bilmədiyi deyilir. Baş verənlər paytaxt sakinlərinin qəzəbinə və narahatlığına səbəb olub.

Dünən də Bağdadda xarici vətəndaşların və hökumət rəsmilərinin çox olduğu mehmanxanalara edilən bomba hücumları 36 nəfərin ölümünə, 70-dan çoxunun yaralanmasına səbəb olmuşdu.

Hökumət hücumlarda Mesopotamiyadakı Əl-Qaidəni, bəziləri isə sabiq prezident Səddam Hüseynin "Bəəs" partiyasının üzvlərini və ya qəzəbli sünniləri ittiham edir.

XS
SM
MD
LG