Accessibility links

İran Azərbaycan vətəndaşlarına viza rejimini ləğv edir


İran fevralın 1-dən Azərbaycan vətəndaşları üçün vizasız rejimin birtərəfli qaydada tətbiqinə başlayır.
İranın Azərbaycandakı konsulu Bəhruz Zare Mirzayi bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan vətəndaşları İran ərazisində 15 gün qala bilər, ölkədə qalmaq müddətini uzatmaq istəyən şəxslər İRAN xarici işlər nazirliyinə müraciət edə bilər. “Hazırda konsulluq idarələri gündə 200-250 Azərbaycan vətəndaşına İrana getmək üçün viza verir. Ümidvaram ki, viza rejimi ləğv olunandan sonra İrana gedən Azərbaycan vətəndaşlarının sayı artacaq”.
Konsul İran-Azərbaycan sərhədinin 45 kilometrliyində yaşayan Azərbaycan vətəndaşları üçün mövcud olan sadələşdirilmiş viza rejiminin ləğv edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanla İran arasında viza rejimi 1993-cü ildə imzalanmış memoranduma uyğun olaraq tətbiq edilirdi.
Azərbaycan tərəfi İran vətəndaşlarına viza rejiminin tətbiqini davam etdirir.

XS
SM
MD
LG