Accessibility links

Prezident Obama Konqresə xərclərin 3 il müddətinə dondurulmasını təklif etməyi planlaşdırır


ABŞ prezidenti Barak Obama büdcə çatışmazlığının azaldılması məsələsində ciddi olduğunu nümayiş etdirmək məqsədilə Konqresin ölkə daxilində bir sıra proqramlar üçün xərclərin üç il müddətinə dondurulmasını istəyəcək.

Administrasiya rəsmilərinin bildirdiyinə görə, prezident bu təklifi çərşənbə günü Konqresin birgə iclasında hesabat məruzəsi ilə çıxış edən zaman irəli sürəcək.

Bu təklif həm də prezidenti fevral ayının 1-i Konresə təqdim edcəyi büdcəyə də daxil ediləcək.

Gələn 10 il ərzində 250 milyard dollara qənaət edəcəyi gözlənilən plan müdafiə, veteranlar, daxili təhlükəsizlim və xarici yardım sahələrini əhatə etmir.

Ağ Ev büdcə çatışmazlığının 2009-cu ildə 1.4 trilyon dollara çatdıqdan sonra xərclərin azaldılması ilə bağlı təzyiqlərlə qarşılaşmışdır.

XS
SM
MD
LG