Bu axşam illik hesabat məruzəsini edəcək Obama ABC telekanlına eksklüsiv müsahibədə siyasi bədəlindən asılı olmayaraq ən ağır sınaqlara sinə gərməyə hazır olduğunu bəyan edib. O deyib ki, buna görə vuruşuram. Nə qədər ki, prezidentəm vuruşmaqda davam edəcəyəm. Ötən həftə ərzində Ohayo ştatındakı çıxışlarda vuruşmaq ifadəsi Obamanın dilindən düşmürdü. Onun bu axşam xalqa müracitəində də eyni qətiyyəti nümayiş etdirəcəyi gözlənilir. Konqres qarşısındakı nitqdə prezidentin orta sinif ailələrə yardım və iş yerləri yaratmaq üçün iqtisadi təşəbbüsləri açıqlayacağı gözlənilir.
Ötən həftə Barak obamanın Demokrat partiyası Demokratların Respublikaçıları 3-1 nisbətində üstələdiyi Masaçusets ştatında ağır məğlubiyyətə uğradı. Respublikaçı Skott Braun ABŞ senatına seçkilərdə qalib gələrək partiyasına 100 üzvlük senatda 41-ci yeri bəxş etdi. Bu Respublikaçılara səhiyyə islahatları daxil olmaqla Demokratların qanunvericilik təşəbbüslərinin qarşsını almağa imkan verir.
ABC telekanalına müsahibədə cənab obama deyib ki, bu növ geriləmələr onu maraqlandırmır: "Bir şeyi aydın etmişəm ki, iki dönəmli ortabab prezident olmaqdansa mən bir dönəmli yaxşı prezident olmağa üstünlük verirəm."
Hesabat məruzəsində cənab Obamanın bir çox daxili proqramlara 3 illik xərcləmə donduruşu təklif edəcəyi gözlənilir. Məqsəd ABŞ-ın 2009-cu ildə 1.4 trilyon dollara yüksəlmiş büdcə defisitini azaltmaqdır. Konqresin Müstəqil Büdcə Ofisi 2010-cu ildə defisitin 1.35 trilyon dollar olacağını təxmin edir. Prezidentin planı gələn onillikdə 250 milyard dollara qənaət etməyi nəzərdə tutur.
Respublikaçı senator Con Makkeyn planı müdafiə edib, eyni zamanda Obamanın iqtisadi stimul paketini də tənqidə məruz qoyub.Onun sözlərinə görə , o özü buna dəstək verəcək, O deyib ki, prezident israfçılığa son qoymalı və izafi xərclərlə dolu olan qanunlara veto qoymalıdır.