Accessibility links

Şri-Lankada seçkilərin nəticələri açıqlanıb


Şri-Lankanın hazırkı prezidenti Mahinda Racapaksa seçkilərdə qalib gələrək yenidən dövlət başçısı seçilsə də, onun əsas rəqibi səsvermənin nəticələrini rədd edib. Şri-Lanka seçki komissiyası bu gün açıqlayıb ki, cənab Racapaksa təxminən 58 faiz səs toplayıb. Komissiyanın məlumatına görə, onun rəqimi keçmiş hərbi rəhbər Srat Fonseka dünən keçirilən səsvermədə seçicilərin 40 faizinin səsinə yiyələnə bilib. Bununla yanaşı, Fonseka deyir ki, seçki nəticələri aşkar saxtakarlıqla müşayiət olunub. Məğlub namizəd prezidenti ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib və jurnalistlərə deyib ki, iqtidar onu məhbus etmək istəyir.
XS
SM
MD
LG