Britaniyanın sabiq baş naziri Toni Bleyer Britaniya hökumətinin onun ölkəsinin İraqdakı müharibədə iştirak etmək barədə qərarı üzərində apardığı təhqiqatın cavabını gözləmədən bu gün açıqlama verib. Cənab Bleyer deyib ki, "İraqın sabiq lideri Səddam Hüseyn dövründəki rejim dəhşətli idi və biz kütləvi qırğın silahlarının istehsal edildiyi belə bir rejimə etibar edə bilməzdik". Sabiq baş nazir onu da əlavə edib ki, sentyabrın 11-i hücumlarından sonra Səddam Hüseynin törətdiyi təhlükə Birləşmiş Ştatlar və Britaniyaya qarşı olduqca artmışdı.
Xatırladaq ki, 2003-cü ildə Britaniyanın baş naziri vəzifəsində olan Toni Bleyer və sabiq ABŞ prezidenti Corc Buş hərbi qüvvələrini İraqa göndərdi. Hər iki lider Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğuna inanırdı. Lakin belə silahların aşkar edilməməsinə baxmayaraq, İraqla bağlı sualları cavalandıran bir çox tənqidçi İraq müharibəsinin qanuni olduğunu dedi.