Accessibility links

İraq hökuməti Lukoil və Statoil şirkətlərilə neft yatağının istismarına dair müqavilə imzalayıb


İraq hökuməti ölkənin cənubunda neft yatağını istismar etmək məqsədilə Rusiyanın enerji şirkəti Lukoil və Norveçin Statoil şirkətlərilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, ölkənin ən böyük neft yataqlarından biri olan Qərbi Qurna Faza 2 yatağının istismarının genişləndirilməsi nəzərdə tutulur. Neft yatağında 13 milyard barrel neftin olduğu təxmin edilir.

İraq hökuməti ölkənin neft yataqlarının istismarı məqsədilə son həftələr bir neçə xarici şirkətlə müqavilələr imzalayıb. Bunun əsas məqsədi İraqda neft hasilatının artırılaraq, gələn illər ərzində gündə 12 milyon barrelə çatdırılmasıdır.

Lukoil və Statoil Qərbi Qurna yatağının istismarı haqda razılaşmanı keçən ay imzalamışdı. Razılığa əsasən, bu iki şirkət gələn 20 ərzində çıxarılacaq neftin hər barrelinə görə 1.15 dollar alacaq. Müqavilənin müddəti beş ilə qədər uzadıla bilər.

XS
SM
MD
LG