Accessibility links

Pentaqon yeni müdafiə doktrinası açıqlayır


ABŞ müdafiə rəsmiləri deyir ki, hərbi doktrina bir vaxtlar iki cəbhədə iri müharibələr apara bilmək qabiliyyətindən kiçik münaqişələrdə vuruşmağa hazırlıq strategiyasına dəyişdirilir. Pentaqonun hərbi taktikaları tədqiq edən Rüblük Müdafiə icmalı adlanan hesabat bu gün dərc edilir. Sənəd gələcək təhlükələri təhlil edərək hərbi qüvvələrin Əfqanıstan, İraq, Pakistan və Yəməndəki hadisələrə reaksiyasına diqqət yetirir. İcmalın açıqlanması Pentaqonun 2011-ci il üçün büdcəni təqdim etdiyi vaxta təsadüf edir. Müdafiə rəsmiləri bildirir ki, hesabatda internet hücumları və terrorizmə qarşı mübarizə ilə yanaşı Əfqanıstanda vertolyotlardan daha çox istifadə tövsiyə edilir.
XS
SM
MD
LG